Главная > Asiya > Livandan İsrailin şimalına 10-dan çox raket atılıb

Livandan İsrailin şimalına 10-dan çox raket atılıb


16-09-2024, 23:50. Разместил: Rss Bot Apa

Livan ərazisindən İsrailin şimal rayonlarına 10-dan çox raket atıldığı qeydə alınıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, mərmilərin əksəriyyəti Ramot-Naftali sərhəd yaşayış məntəqəsi istiqamətində atılıb.

Onların bəziləri İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, mərmilərdən biri kəndin ətrafına düşüb.

Ölən və yaralananlar barədə məlumat daxil olmayıb.


Вернуться назад