Главная > Asiya > Honq-Konqda streptokok infeksiyası yayılıb, ölənlər var
Honq-Konqda streptokok infeksiyası yayılıb, ölənlər var15-09-2024, 20:00. Разместил: Rss Bot Apa |
|
Son bir neçə həftə ərzində Çinin mərkəzində, Honq-Konqda B qrupu streptokok (Streptococcus agalactiae) infeksiyasının epidemiyası qeydə alınıb. Sizinxeber.az xəbər verir ki, South China Morning Post-un məlumatına görə, ümumilikdə 27 yoluxma halı müəyyən edilib, onlardan 2-si ölümcül olub. Məlumata görə, avqust və sentyabrın əvvəllərində yoluxmaların əhəmiyyətli artımı qeydə alınıb. Xəstələr arasında 53 yaşdan 88 yaşa qədər 10 kişi və 17 qadın var. Вернуться назад |