Главная > Asiya > İsrail Livandan atəşə məruz qalıb

İsrail Livandan atəşə məruz qalıb


15-09-2024, 12:50. Разместил: Rss Bot Apa

İsrail hərbçiləri səhər saatlarında Livan ərazisindən yeni atəşə məruz qalıblar.

Sizinxeber.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Ordunun məlumatına görə, İsrailə ümumilikdə 40-a yaxın mərmi atılıb. Bu səbəblə Yuxarı Qalileyin bəzi ərazilərində və İsrailin nəzarətində olan Qolan təpələrində hava hücumu xəbərdarlığı edilib.

Mərmilərin bəziləri hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib, digərləri isə açıq ərazilərə düşüb. Ölən və yaralananlar barədə məlumat verilmir.


Вернуться назад