Главная > Asiya > İsrail Hizbullaha sərt cavab verəcəyi barədə xəbərdarlıq edib

İsrail Hizbullaha sərt cavab verəcəyi barədə xəbərdarlıq edib


25-08-2024, 11:50. Разместил: Rss Bot Apa

İsrail Livanın şiə Hizbullah hərəkatının təcavüz əməliyyatına qətiyyətlə cavab verməyə davam edəcək.

Sizinxeber.az xəbər verir ki, bu açıqlama ilə İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri olan Dmitri Gendelman çıxış edib.

“İsrail 2023-cü ilin oktyabr ayından Livan ərazisindən raket və pilotsuz təyyarələr buraxan Hizbullah terror təşkilatının təcavüzünə qətiyyətlə cavab verməyə davam edəcək. Biz şimal sərhədində təhlükəsizliyin bərpası və sakinlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün bütün lazımi tədbirləri görəcəyik” – o deyib.


Вернуться назад