Главная > Asiya > Hindistan və Ukrayna liderlərinin müzakirə etdikləri məsələlər açıqlanıb
Hindistan və Ukrayna liderlərinin müzakirə etdikləri məsələlər açıqlanıb23-08-2024, 17:50. Разместил: Rss Bot Apa |
|
“Prezident Zelenski və mən bu gün Kiyevdə çox məhsuldar müzakirələr apardıq”. APA xəbər verir ki, bu barədə Hindistan Baş naziri Narendra Modi “X” platformasındakı paylaşımında bildirib. “Hindistan Ukrayna ilə iqtisadi əlaqələri dərinləşdirməyə həvəslidir. Biz kənd təsərrüfatı, texnologiya, əczaçılıq və digər bu kimi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə etdik. Biz həmçinin mədəni əlaqələri daha da möhkəmləndirmək barədə razılığa gəldik”, - Baş nazir əlavə edib.
Lamiyə Şirinova Вернуться назад |