Главная > Asiya > Nasir Kənani: İran öz ərazi bütövlüyünü qorumaq üçün istənilən üsuldan istifadə etməkdə sərbəstdir
Nasir Kənani: İran öz ərazi bütövlüyünü qorumaq üçün istənilən üsuldan istifadə etməkdə sərbəstdir19-08-2024, 13:50. Разместил: Rss Bot Apa |
|
"İsrail-Fələstin münaqişəsi fonundakı gərginlik zamanı ölkəmiz öz ərazi bütövlüyünü qorumaq üçün istənilən üsuldan istifadə etməkdə sərbəstdir”. Sizinxeber.az-nın “Mehr” agentliyinə istinadən xəbərinə görə, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib. Onun sözlərinə görə, indiki gərgin məqamda rəsmi Tehranı təmkin nümayişinə çağırmanın əsası yoxdur. Rəsmi nümayəndə daha sonra əlavə edib ki, ölkəsi İsrail-Fələstin münaqişəsinin həllinə və bölgədə sülhə istiqamətlənən səyləri dəstəkləyir. Вернуться назад |