Главная > Asiya > Yaponiyanın hakim partiyasına sədr seçkisinin tarixi məlum olub
Yaponiyanın hakim partiyasına sədr seçkisinin tarixi məlum olub17-08-2024, 16:50. Разместил: Rss Bot Apa |
|
Yaponiyanın hakim Liberal-Demokrat Partiyasına sədr seçkisi sentyabrın 27-də keçirilə bilər. Sizinxeber.az-nın “Kyodo” İnformasiya Agentliyinə istinadən xəbərinə görə, bu barədə partiyanın adının çəkilməsini istəməyən rəsmisi deyib. Onun sözlərinə görə, bu məqsədlə təşviqat kampaniyası sentyabrın 12-də başlayacaq. Partiyanın sədri Funio Kişida isə ötən həftə bildirib ki, növbəti dəfə bu posta namizəd olmayacaq. Qeyd edək ki, qrafik təsdiqlənsə Fumio Kişida BMT Baş Assambleyası çərçivəsində sentyabrın 24-də keçiriləcək debatlarda iştirak edəcək. Вернуться назад |