Главная > Asiya > İranda İsrailin atdığı partlamamış hərbi sursat partlayıb, bir uşaq ölüb
İranda İsrailin atdığı partlamamış hərbi sursat partlayıb, bir uşaq ölüb20-08-2025, 00:50. Разместил: Rss Bot Apa |
|
İsrailin iyun ayında Lorestan əyalətinə hücumları zamanı partlamamış hərbi sursatın partlaması nəticəsində 1 uşaq ölüb, 9 nəfər yaralanıb. APA xəbər verir ki, bu haqda İran dövlət televiziyası məlumat yayıb. Məlumata görə iyun ayında atılan və partlamamış hərbi sursat Beyranşəhr rayonunun kəndlərindən birində partlayıb. Partlayış nəticəsində 6 yaşlı uşaq ölüb, 9 nəfər yaralanıb. Xəsarət alanların hamısının uşaq və yeniyetmə olduğu bildirilir. Вернуться назад |