Главная > Asiya > Qazaxıstan ilk meteoroloji raketinin sınaqlarını keçirəcək

Qazaxıstan ilk meteoroloji raketinin sınaqlarını keçirəcək


17-08-2025, 07:50. Разместил: Rss Bot Apa

Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi bu il respublikada ilk dəfə hazırlanmış meteoroloji raketin uçuş sınaqlarını keçirəcək.

APA xəbər verir ki, bu barədə TASS-a nazirliyin mətbuat xidməti məlumat verib.

“Müəyyən edilən vaxtda nazirliyin Aerokosmik Komitəsinin tabeliyində olan qurumlar meteoroloji raketin sınaq nümunəsinin hazırlanması ilə bağlı elmi-tədqiqat işləri aparır. Uçuş sınaqlarının 2025-ci ilə planlaşdırılır”, – məlumatda deyilir.


Вернуться назад