Главная > Asiya > Əlcəzairdə avtobus körpüdən aşıb, 18 nəfər ölüb

Əlcəzairdə avtobus körpüdən aşıb, 18 nəfər ölüb


16-08-2025, 16:50. Разместил: Rss Bot Apa

Əlcəzairdə sərnişin avtobusu yoldan çıxaraq körpüdən çaya düşüb.

Sizinxeber.az xəbər verir ki, qəza Haraş rayonundakı Əl-Hava əl-Cəmil istiqamətində Əl-Məhəmmədiyə bölgəsində baş verib.

Nəticədə 18 nəfər həlak olub, 9 nəfər yaralanıb. Yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerində xilasetmə işlərinə 25 təcili yardım maşını, 16 dalğıc və 4 qayıq cəlb olunub.


Вернуться назад