Главная > Asiya > Kəşmirin Hindistanın nəzarətində olan hissəsində daşqınlar 34 nəfərin həyatına son qoyub
Kəşmirin Hindistanın nəzarətində olan hissəsində daşqınlar 34 nəfərin həyatına son qoyub14-08-2025, 16:50. Разместил: Rss Bot Apa |
|
Kəşmirin Hindistanın nəzarətində olan bölgəsində güclü yağışlar daşqınlara səbəb olub. Sizinxeber.az-nın “AFP”yə istinadən xəbərinə görə, təbii fəlakət nəticəsində 34 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb. Axtarış-xilasetmə işləri davam etdirilir və meyitlərin tapılması ilə ölənlərin sayının arta biləcəyi ehtimal olunur. Hindistanın Baş naziri Narendra Modi fəlakətdən zərərçəkmiş ərazilərə bütün lazımi yardımların göstəriləcəyini bəyan edib.
Вернуться назад |