Главная > Asiya > HƏMAS heyəti Qəzzada atəşkəsin əldə olunması yollarını Qahirədə müzakirə edəcək

HƏMAS heyəti Qəzzada atəşkəsin əldə olunması yollarını Qahirədə müzakirə edəcək


13-08-2025, 06:50. Разместил: Rss Bot Apa

HƏMAS-ın nümayəndə heyəti avqustun 13-də Misir vasitəçiləri ilə Qəzza sektorunda atəşkəsin təmin olunması yollarını müzakirə etmək üçün Qahirəyə gəlib.

Sizinxeber.az xəbər verir ki, bu barədə hərəkatın liderlərindən Taher an-Nunu HƏMAS-ın rəsmi Telegram-kanalında məlumat verib.

Nümayəndə heyəti çərşənbə günü başlayacaq görüşlər üçün ilkin danışıqlara başlayıb.

Bu danışıqların əsas mövzuları Qəzza sektorunda müharibənin dayandırılması, humanitar yardımların çatdırılması və bütün siyasi məsələlər üzrə milli konsensusun əldə olunması üçün Fələstin daxili münasibətlər olacaq.


Вернуться назад