Главная > Asiya > İsrailin hücumu nəticəsində "Al-Jazeera" kanalının 5 əməkdaşı həyatını itirib

İsrailin hücumu nəticəsində "Al-Jazeera" kanalının 5 əməkdaşı həyatını itirib


11-08-2025, 11:50. Разместил: Rss Bot Apa

İsrail ordusunun Qəzzada Əl-Şifa xəstəxanası yaxınlığında bir çadıra hücumunda “Al-Jazeera” kanalının 5 əməkdaşı həlak olub.

APA “Al-Jazeera” kanalına istinadən xəbər verir ki, jurnalist Ənəs əl-Şərif, Məhəmməd Qreyqe, Məhəmməd Noufəl, Moamen Aliva və İbrahim Zahir İsrailin hücumu nəticəsində öldürülüblər.

İsrail ordusu xəbəri rəsmi olaraq təsdiq edib və Ənəs əl-Şərifi jurnalist qılığına bürünmüş bir terrorçu adlandırıb.

İsrail ordusu Ənəs əl-Şərifin HAMAS şəbəkələrindən birinin rəhbəri olduğunu və İsrailə qarşı hücumlarda məsuliyyət daşıdığını bəyan edib.


Вернуться назад