Главная > Asiya > Hindistan Rusiyadan neft idxalına görə ABŞ-ın tənqidinə cavab verib
Hindistan Rusiyadan neft idxalına görə ABŞ-ın tənqidinə cavab verib4-08-2025, 23:50. Разместил: Rss Bot Apa |
|
Hindistanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval bəyan edib ki, Hindistan Qərbin, xüsusilə də ABŞ və Avropa İttifaqının Rusiyadan neft alışı ilə bağlı hücumlarına məruz qalıb. "Ukraynadakı münaqişədən sonra ABŞ və Aİ Rusiyadan neft idxal etdiyinə görə Hindistanı tənqid etməyə başladı. Halbuki Hindistan bu addımı, müharibə başlayandan sonra ənənəvi tədarük marşrutlarının Avropaya yönəldilməsi səbəbilə atmışdı. ABŞ isə o zaman Hindistanın bu alımlarını dünya enerji bazarının sabitliyi üçün dəstəkləmişdi", – deyə diplomat qeyd edib. Вернуться назад |