Главная > Asiya > ABŞ-ın Türkiyədəki səfiri Azərbaycan qazının Suriyaya çatdırılmasını maliyyələşdirdiyi üçün Qətərə təşəkkür edib
ABŞ-ın Türkiyədəki səfiri Azərbaycan qazının Suriyaya çatdırılmasını maliyyələşdirdiyi üçün Qətərə təşəkkür edib1-08-2025, 12:50. Разместил: Rss Bot Apa |
|
ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Azərbaycan təbii qazının Suriyaya çatdırılmasını maliyyələşdirdiyi üçün Qətərə təşəkkür edib. APA xəbər verir ki, diplomat bu barədə “X” hesabında yazıb. O qeyd edib ki, Azərbaycandan nəql olunacaq təbii qaz avqustun 2-dən etibarən Suriya ərazisində 5 milyon evin bu yanacaq növünə ehtiyacını təmin edəcək: “Bu, belə bir kritik anda vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan vacib bir addımdır. Qətər və onun rəhbərliyi bununla tərəfdaşlıq və dostluğu cəsarətli şəkildə nümayiş etdirdi”. Вернуться назад |