Главная > Asiya > İsrail ordusu Qəzzanın şimalındakı missiyanı yekunlaşdırıb, 1500 obyekt sıradan çıxarılıb
İsrail ordusu Qəzzanın şimalındakı missiyanı yekunlaşdırıb, 1500 obyekt sıradan çıxarılıb31-07-2025, 11:50. Разместил: Rss Bot Apa |
|
“İsrail ordusunun 98-ci diviziyası operativ planlaşdırma fəaliyyəti və intensiv hərbi əməliyyatlar nəticəsində Qəzzanın şimalındakı missiyasını yekunlaşdırıb. İndi digər tapşırıqların icrasına hazırlıq işləri aparılır". APA-nın məlumatına görə, bu barədə ordunun mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, bir neçə ay ərzinə diviziyanın hərbi birləşmələri Qəzzanın Xan-Yunis, Şecaya və Zeytun bölgələrində HAMAS silahlılarına aid infrastruktur və yeraltı silah anbarlarının sıradan çıxarılması üzrə planlı hərbi əməliyyatlar həyata keçirib: “Nəticədə Qəzzanın şimal hissəsində terrorçulara aid 1500 infrastrutur obyekti sıradan çıxarılıb, aralarında ötən il, oktyabrın 7-də Qəzza sektorunun yaxınlığındakı yaşayış məntəqələrinə hücumda iştirak edənlər də olmaqla xeyli sayda silahlı isə zərərsizləşdirilib”. Вернуться назад |