Главная > Asiya > İran nüvə obyektlərinə vurduğu zərərə görə ABŞ-dan təzminat istəyir
İran nüvə obyektlərinə vurduğu zərərə görə ABŞ-dan təzminat istəyir31-07-2025, 10:50. Разместил: Rss Bot Apa |
|
ABŞ-la danışıqlardan əvvəl Vaşinqton İrana hücumlarda dəymiş ziyanla bağlı təzminat ödəməlidir. APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Financial Times”-a müsahibəsində deyib. “Onlar bizə izah etməlidirlər ki, danışıqların ortasında bizə hücum etməklərinin səbəbi nədir? Onlar gələcək danışıqlarda bunu təkrar etməyəcəkləri ilə bağlı bizə qarantiya verməlidirlər”- İran XİN rəhbəri vurğulayıb. Qeyd edək ki, 12 günlük İran-İsrail müharibəsi zamanı ABŞ İranın nüvə obyektlərinə aviazərbələr endirib. İran tərəfi zərbələrin ciddi ziyana yol açdığını etiraf edib.
Вернуться назад |