Главная > Asiya > Livandan atılan raketin partlaması nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB - FOTO
Livandan atılan raketin partlaması nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB - FOTO28-07-2024, 02:50. Разместил: Rss Bot Apa |
|
Livandan atılan raketin Colan təpələrindəki Məcdal Şəmsə düşməsi nəticəsində həlak olanların sayı 12-yə çatıb. Sizinxeber.az xəbər verir ki, bu barədə İsrailin təcili yardım xidməti Magen David Adom məlumat yayıb. İdarənin mətbuat xidmətinin məlumatına görə hadisə zamanı 6 nəfər ağır, 3 nəfər orta dərəcəli, 10 nəfər isə yüngül olmaqla daha 19 nəfər xəsarət alıb. *** 20:46 İsrailin “Kanal 12” kanalı Livandan atılan raketin Colan təpələrindəki Məcdal Şəmsə düşməsi nəticəsində 9 nəfərin həlak olması ilə bağlı məlumat yayıb. Sizinxeber.az əl-Cəzirəyə istinadən xəbər verir ki, Livandan atılan raketin Məcdəl Şəms bölgəsinə düşməsi nəticəsində 7-sinin vəziyyəti ağır olmaqla 30 nəfərin də yaralandığı bildirilir. İsrailin Baş naziri Binyamin Netanyahu insidentin təfərrüatları barədə məlumat aldıqdan sonra Vaşinqtondan təhlükəsizliklə bağlı məsləhətləşmələr aparır.
Вернуться назад |