Главная > Asiya > Livandan atılan raketin partlaması nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB - FOTO

Livandan atılan raketin partlaması nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB - FOTO


27-07-2024, 23:50. Разместил: Rss Bot Apa

Livandan atılan raketin Colan təpələrindəki Məcdal Şəmsə düşməsi nəticəsində həlak olanların sayı 11-ə çatıb.

APA xəbər verir ki, bu barədə İsrailin təcili yardım xidməti Magen David Adom məlumat yayıb.

İdarənin mətbuat xidmətinin məlumatına görə hadisə zamanı 6 nəfər ağır, 3 nəfər orta dərəcəli, 10 nəfər isə yüngül olmaqla daha 19 nəfər xəsarət alıb.

***

20:46

İsrailin “Kanal 12” kanalı Livandan atılan raketin Colan təpələrindəki Məcdal Şəmsə düşməsi nəticəsində 9 nəfərin həlak olması ilə bağlı məlumat yayıb.

APA əl-Cəzirəyə istinadən xəbər verir ki, Livandan atılan raketin Məcdəl Şəms bölgəsinə düşməsi nəticəsində 7-sinin vəziyyəti ağır olmaqla 30 nəfərin də yaralandığı bildirilir.

İsrailin Baş naziri Binyamin Netanyahu insidentin təfərrüatları barədə məlumat aldıqdan sonra Vaşinqtondan təhlükəsizliklə bağlı məsləhətləşmələr aparır.


Вернуться назад