Главная > Asiya > İsrailin Gilana zərbəsi nəticəsində 9 mülki şəxs ölüb, 33 nəfər yaralanıb

İsrailin Gilana zərbəsi nəticəsində 9 mülki şəxs ölüb, 33 nəfər yaralanıb


24-06-2025, 10:26. Разместил: Rss Bot Apa

İsrail hərbi aviasiyasının İranın Gilan əyalətində əhalinin sıx məskunlaşdığı əraziyə aviazərbələri nəticəsində 9 nəfər dinc sakin ölüb, 33-ü isə yaralanıb.

Sizinxeber.az-nın yerli KİV-ə istinadən xəbərinə görə, bu barədə əyalət rəhbərliyi məlumat yayıb.

Yaralıların arasında 16 nəfər qadın va uşaq olduğu qeyd edilib. Onlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib, 28-i isə ambulator müalicəyə buraxılıb.
Bildirilib ki, hava reydi zamanı 4 yaşayış binası dağıdılıb, ətrafdakı tikililərə isə ciddi ziyan dəyib.


Вернуться назад