Главная > Asiya > Ərdoğan Trampla İsrail-İran münaqişəsini müzakirə edib

Ərdoğan Trampla İsrail-İran münaqişəsini müzakirə edib


14-06-2025, 23:50. Разместил: Rss Bot Apa

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı İsrail-İran münaqişəsi, regional və qlobal problemlər müzakirə olunub.

Ərdoğan Türkiyənin İran-İsrail münasibətlərindəki gərginliyi yaxından izlədiyini və Türkiyənin başlanmış nüvə danışıqlarını münaqişənin həllinin yeganə yolu kimi gördüyünü bildirib.


Вернуться назад