İsrailin Qəzzanın cənubuna endirdiyi zərbələr nəticəsində azı 10 nəfər ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
mar
2025
07:00

İsrailin Qəzzanın cənubuna endirdiyi zərbələr nəticəsində azı 10 nəfər ölüb

19 mar, 2025
07:00
706

İsrailin Qəzzanın cənubuna endirdiyi zərbələr nəticəsində azı 10 nəfər ölüb

İsrailin Qəzza zolağının cənubuna endirdiyi hava zərbələri nəticəsində azı 10 fələstinli həlak olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanalın qeyd edir ki, helikopter Fələstin anklavının cənubunda yerləşən Rəfah və Xan Yunis şəhərlərindəki qaçqın çadırlarına bir sıra zərbələr endirib.

Qəzzanın mərkəzində yerləşən Əl-Bureyc qaçqın düşərgəsinin də atəşə tutulduğu barədə xəbərlər yayılıb.

Bizimlə əlaqə saxlayın