İsrailin Müdafiə Nazirliyi Qəzza razılaşmasının həyata keçirilməsi üçün hazırlıqlara başlayıb
sizinxeber.az xəbər saytı

İsrailin Müdafiə Nazirliyi Qəzza razılaşmasının həyata keçirilməsi üçün hazırlıqlara başlayıb


İsrailin Müdafiə Nazirliyi və ordu rəhbərliyi saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmanın həyata keçirməsi ilə bağlı hazırlıqlara başlayıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İsrailin Müdafiə Nazirliyi və İsrail Müdafiə Qüvvələri girov müqaviləsi üçün hazırlıqlara başlayıb. Müdafiə naziri İsrail Katz və Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir cümə axşamı günü vəziyyəti qiymətləndirmək üçün görüş keçirib.”, - deyə açıqlamada deyilir.

Mətbuat xidməti qeyd edib ki, Müdafiə Nazirliyinin Reabilitasiya İdarəsi İsrail Müdafiə Qüvvələri ilə birlikdə geri qayıdan girovlara və onların ailələrinə hərtərəfli yardım və dəstək göstərmək üçün tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Oxşar xəbərlər

İsrail və ABŞ müdafiə nazirləri telefonla danışıb
ABŞ və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb
Qallant ABŞ müdafiə nazirini İsrailin İrana və onun proksilərinə qarşı operativ hazırlığı barədə məlumatlandırıb
İsrail HHQ hücuma hazır olması barədə xəbərdarlıq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər