KİV: Rusiyanın Suriyadakı mövcudluğu ilə bağlı danışıqlar müsbət templə davam edir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
dek
2024
03:50
0
0
1 489
ff

KİV: Rusiyanın Suriyadakı mövcudluğu ilə bağlı danışıqlar müsbət templə davam edir

17 dek, 2024
03:50
1 489

KİV: Rusiyanın Suriyadakı mövcudluğu ilə bağlı danışıqlar müsbət templə davam edir

Rusiya ilə Suriyanın yeni hakimiyyət orqanları arasında Tartus və Latakiya bölgələrində Rusiyanın iki hərbi bazasının saxlanılması ilə bağlı danışıqlar müsbət tempdə davam edir.

APA xəbər verir ki, bu barədə BƏƏ-nin “The National” nəşri Suriya ərazisinin böyük hissəsinə nəzarət edən “Həyət Təhrir əş-Şam” qruplaşmasındakı mənbəyə istinadən yazıb.

Nəşrin mənbəyinin sözlərinə görə, tərəflər Rusiyanın Suriyadakı hərbi mövcudluğu ilə bağlı danışıqların ilk mərhələsindədir.

Rusiya silahlı qüvvələrinin nümayəndəsi nəşrə bildirib ki, Rusiya ordusu Suriyanın yeni hakimiyyət orqanları ilə yaxşı münasibətdədir.

"Bizim yeni hökumət başçısı ilə əlaqəmiz və ünsiyyətimiz var və heç bir tərəf digərini təxribata çəkmir", - deyə Rusiya hərbçisi bildirib.

Bundan əlavə, qrupdakı mənbə nəşrə bildirib ki, Suriyanın yeni hakimiyyət orqanları Rusiyanın Tartus limanını icarəsinə dair müqaviləni pozmaq niyyətində deyil.

Bizimlə əlaqə saxlayın

×
×