Suriyadakı Fələstin qruplaşmalarından silahsızlaşma tələb edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
dek
2024
19:50
0
0
1 481
ff

Suriyadakı Fələstin qruplaşmalarından silahsızlaşma tələb edilib

15 dek, 2024
19:50
1 481

Suriyadakı Fələstin qruplaşmalarından silahsızlaşma tələb edilib

Suriyada hakimiyyətdə əsas söz sahibinə çevrilmiş Heyət Təhrir Əş-Şam ölkədəki Fələstin qruplaşmalarından silahı yerə qoymağı, təlim düşərgələrini bağlamağı və hərbi birləşmələrini buraxmağı tələb edib.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Livanın “Al-Akhbar” qəzeti məlumat yayıb.

Heyət Təhrir Əş-Şam bununla bağlı Dəməşqdə mənzil-qərargahları olan HƏMAS, İslami-Cihad və Fələstin Xalq Azadlığı Cəbhəsini məlumatlandırıb. Bildirilib ki, onlar xeyriyyə təşkilatlarını saxlaya və Suriya dövlətinin himayəsi altında siyasi fəaliyyətlə məşğul ola bilərlər, ancaq onlara Suriya ərazisindən İsarilə qarşı baza və yaxud keçid məntəqəsi kimi istifadəyə icazə verilməyəcək.

Bizimlə əlaqə saxlayın

×
×