Ynet: İsraillə HƏMAS arasında girov danışıqlarında irəliləyiş əldə olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
dek
2024
06:50
0
0
1 217
ff

Ynet: İsraillə HƏMAS arasında girov danışıqlarında irəliləyiş əldə olunub

15 dek, 2024
06:50
1 217

Ynet: İsraillə HƏMAS arasında girov danışıqlarında irəliləyiş əldə olunub

Yüksək vəzifəli İsrail rəsmisi HƏMAS hərəkatı ilə girovlarla bağlı danışıqlarda mühüm irəliləyiş olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə İsrailin Ynet xəbər portalı məlumat yayıb.

Rəsmi qeyd edib ki, sövdələşmənin əsas detalları hazırda onu poza biləcək siyasi müdaxilənin qarşısını almaq üçün gizli saxlanılır.

Mənbənin sözlərinə görə, İsrail kəşfiyyat xidməti Mossad və İsrailin Baş Təhlükəsizlik Xidmətinin rəhbərləri HƏMAS-ın əvvəlkinin əksinə razılığa gəlməyə hazır olduğu barədə nazirlər kabinetinə məlumat verib

Təxmini hesablamalara görə, bir neçə həftə ərzində razılaşma əldə oluna bilər, - deyə mənbə əlavə edib.

Bizimlə əlaqə saxlayın

×
×