Şimali Koreyanın qitələrarası ballistik raket buraxdığı bildirilir
Şimali Koreyanın cümə axşamı atdığı ballistik raketin qitələrarası raket olduğu güman edilir.
APA xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
"Şimali Koreyanın buraxdığı raket dik trayektoriya ilə buraxılmış qitələrarası ballistik raket kimi görünür", - komitənin bəyanatında deyilir.
Cənubi Koreya ordusu həmçinin bildirib ki, buraxılış yerli vaxtla saat 07:10-da Pxenyan ərazisindən Yapon dənizinə doğru həyata keçirilib.
Yaponiya Sahil Mühafizəsi raketin Okuşiri adasından təxminən 300 kilometr qərbdə, Yaponiyanın müstəsna iqtisadi zonasından kənar əraziyə düşdüyünü bildirib.
Yaponiya Nazirlər Kabineti KXDR-in raket buraxılışı ilə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək. Bunu ölkənin baş naziri Şiqeru İşiba deyib.
Oxşar xəbərlər
Cənubi Koreya: KXDR qitələrarası balistik raket buraxıb
“Yonhap”: KXDR ballistik raket buraxıb
Şimali Koreya bir neçə qısamənzilli ballistik raket buraxıb
Şimali Koreya növbəti dəfə ballistik raket buraxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
