“Hizbullah” Tel-Əviv yaxınlığındakı Qlilot hərbi bazasına hücum etdiyini iddia edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
okt
2024
04:50
0
0
1 473
ff

“Hizbullah” Tel-Əviv yaxınlığındakı Qlilot hərbi bazasına hücum etdiyini iddia edib

08 okt, 2024
04:50
1 473

“Hizbullah” Tel-Əviv yaxınlığındakı Qlilot hərbi bazasına hücum etdiyini iddia edib

“Hizbullah” təşkilatı bazar ertəsi İsrailin şimalında bir neçə hərbi obyektə hücum edib.

APA xəbər verir ki, qurumun hərbi informasiya xidmətinin “Telegram” kanalında yerləşdirilmiş hesabatında bildirilir ki, döyüşçülərin əsas hədəfi Tel-Əviv yaxınlığındakı Ramat-Haşaron bölgəsindəki İsrailin Qlilot hərbi kəşfiyyat bazası olub.

“Müqavimət qüvvələri Qlilot kəşfiyyat mərkəzinə bir neçə raket atıb. Bu əməliyyat İsrail təyyarələri tərəfindən həyata keçirilən vəhşi bombardmana cavab olaraq Livan və onun xalqının müdafiəsi üçün həyata keçirilib”, - deyə mətndə bildirilir.

Bizimlə əlaqə saxlayın

×
×