CNN: İsrail ABŞ ilə məsləhətləşmələrdən sonra Livandakı əməliyyatın miqyasını azaldacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
sen
2024
20:50

CNN: İsrail ABŞ ilə məsləhətləşmələrdən sonra Livandakı əməliyyatın miqyasını azaldacaq

30 sen, 2024
20:50
641

CNN: İsrail ABŞ ilə məsləhətləşmələrdən sonra Livandakı əməliyyatın miqyasını azaldacaq

İsrail hökuməti məsələ ilə bağlı ABŞ-la məsləhətləşmələrdən sonra Livanda “Hizbullah” hərəkatının birləşmələrinə qarşı daha kiçik miqyaslı quru əməliyyatı keçirmək niyyətindədir.

Sizinxeber.az xəbər verir ki, bu haqda CNN ABŞ administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən xəbər verib.

Onun sözlərinə görə, İsrail 2006-cı ildə olduğu kimi irimiqyaslı hərbi əməliyyatlar həyata keçirməyərək, sərhəd xətti boyunca - Livan və İsrail sərhədində yerləşən kəndlərdə bir neçə əməliyyatla məhdudlaşmaq niyyətindədir.

Telekanal eyni zamanda qeyd edir ki, ABŞ hökumət nümayəndələri İsrailə ilkin olaraq məhdudlaşdırılmış əməliyyatın genişmiqyaslı münaqişəyə çevrilə biləcəyindən qorxduqlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın