Netanyahu: Nəsrullahın aradan qaldırılması hədəflərimizə çatmaq üçün zəruri şərt idi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
sen
2024
23:50

Netanyahu: Nəsrullahın aradan qaldırılması hədəflərimizə çatmaq üçün zəruri şərt idi

28 sen, 2024
23:50
633

Netanyahu: Nəsrullahın aradan qaldırılması hədəflərimizə çatmaq üçün zəruri şərt idi

“Hizbullah” lideri Həsən Nəsrullahın zərərsizləşdirilməsi qərarı, digər məsələlərlə yanaşı, Livan ərazisindən atışmalara görə evakuasiya edilmiş İsrailin şimal bölgəsinin sakinlərinin öz evlərinə qayıtması üçün verilib.

APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu televiziya ilə xalqa müraciəti zamanı deyib.

“Nəsrullahın aradan qaldırılması şimal bölgələrinin sakinlərinin öz evlərinə salamat qayıtması və bölgədəki qüvvələr nisbətinin dəyişməsi və hədəflərimizə çatmaq üçün zəruri şərt idi. Nəsrullah sağ olduğu müddətcə “Hizbullah” məhv etdiyimiz potensialını tez bir zamanda bərpa edə bilirdi. Mən əmr verdim və o artıq aramızda deyil. Onun aradan qaldırılması sakinlərimizin şimaldakı evlərinə qayıtmasını, cənubdakı məhbuslarımızın da qayıtmasını yaxınlaşdırır”, - deyə o çıxışı zamanı bildirib.

Bizimlə əlaqə saxlayın