KİV: İran və Hizbullahın İsrailə hücumu yüksək rütbəli şəxslərə sui-qəsd şəklində ola bilər
sizinxeber.az xəbər saytı

KİV: İran və Hizbullahın İsrailə hücumu yüksək rütbəli şəxslərə sui-qəsd şəklində ola bilər


İran İsrailin yüksək rütbəli rəsmilərinə sui-qəsdə cəhd edə bilər.

Sizinxeber.az “Ynet”ə istinadən xəbər verir ki, nazirlərə dünən yüksək səviyyəli təhlükəsizlik rəsmiləri tərəfindən bununla bağlı xəbərdarlıq edilib.

Xəbərdarlıqda deyilir ki, İran və Hizbullahın İsrailə hücumu yüksək rütbəli şəxslərə sui-qəsd şəklində ola bilər.

Xəbərə görə, yüksək səviyyəli təhlükəsizlik rəsmiləri təhlükəsizlik kabinetinə bildiriblər ki, Hizbullah və İran Beyrutda Fuad Şükr və Tehranda İsmayıl Haniyənin öldürülməsinə raketləri və pilotsuz təyyarələri buraxmaq əvəzinə nazirləri, millət vəkillərini, İsrail ordusunun zabitlərini, Şin Bet və ya Mossaddakı yüksək vəzifəli məmurları hədəf alaraq cavab verə bilərlər.

Oxşar xəbərlər

KİV: Putin Xameneidən İsrailə qarşı təmkinli davranmağı, mülki əhalini hədəfə almamağı istəyib
Ağ Ev: İran İsrailə bu həftə cavab verə bilər
İran XİN: BMT TŞ susduğuna görə, İsrailə cavab verməkdən başqa yolumuz yoxdur
“Hizbullah”, Fuad Şükrün öldürüldüyünü təsdiqləyib
KİV: "Hizbullah" qərargahını Beyrutdan köçürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər