10
iy
2026
22:50
yuxarı
Pakistan İran-ABŞ münaqişəsində vasitəçiliyi davam etdirməyə hazırdır
Pakistan İran-ABŞ münaqişəsində vasitəçiliyi davam etdirməyə hazırdır
Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında İslamabadın Tehran və Vaşinqton arasında münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bildirib.
Sizinxeber.az xəbər verir ki, bu barədə öz “X” hesabında məlumat verib.
Şərif qeyd edib ki, tərəflər bölgədəki son vəziyyəti müzakirə edib, gərginliyin azaldılması, dialoq və diplomatiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
O, Pakistanın regionda davamlı sülhün bərqərar olması üçün bundan sonra da obyektiv və səmimi vasitəçi rolunu oynamağa hazır olduğunu deyib.
Bizimlə əlaqə saxlayın
×
×
