Ərdoğan: NATO müttəfiqləri arasında müdafiə sənayesi məhsullarının ticarətinə maneələr qalmamalıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
iy
2026
23:50
ff

Ərdoğan: NATO müttəfiqləri arasında müdafiə sənayesi məhsullarının ticarətinə maneələr qalmamalıdır

08 iy, 2026
23:50
210

Ərdoğan: NATO müttəfiqləri arasında müdafiə sənayesi məhsullarının ticarətinə maneələr qalmamalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO müttəfiqləri arasında müdafiə sənayesi məhsullarının ticarətinə maneə qalmamalı olduğunu deyib.

Sizinxeber.az-nın Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, Ərdoğan bu barədə NATO sammitindən sonra keçirdiyi mətbuat konfransında danışıb.

O bildirib ki, Avropa İttifaqının müdafiə sahəsindəki təşəbbüsləri NATO-nu tamamlamalı və lazımsız təkrarlara səbəb olmamalıdır.

“Bir həqiqət var ki, Türkiyə kimi Avropa İttifaqına üzv olmayan müttəfiqlər Aİ-nin müdafiə sahəsindəki təşəbbüslərinə tam şəkildə cəlb edilmədikdə, bu təşəbbüslərin təsiri çox məhdud olacaq. Digər tərəfdən, müttəfiqlər arasında müdafiə sənayesi məhsullarının ticarətinə qoyulan bəzi məhdudiyyətlər azalsa da, hələ də qalmaqdadır. Bu maneələrin heç bir şərt irəli sürülmədən ən qısa zamanda aradan qaldırılması lazımdır”, - Ərdoğan bildirib.

Bizimlə əlaqə saxlayın

×
×