Türkiyə və ABŞ arasında freqat, korvet və sualtı qayıqların istehsalı və tədarükü müzakirə olunub
Türkiyə və ABŞ arasında freqat, korvet və sualtı qayıqların istehsalı və tədarükü müzakirə olunub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və ABŞ arasında freqat, korvet və sualtı qayıqların istehsalı və tədarükünün müzakirə olunduğunu deyib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Ərdoğan bu barədə NATO zirvəsindən sonra təşkil olunan mətbuat konfransında danışıb.
Ərdoğan bildirib ki, yaxın vaxtlarda konkret addımlar atılacaq. Onun sözlərinə görə, bu addımlar freqat, korvet və sualtı qayıq kimi hərbi dəniz platformalarının istehsalı və ya tədarükünü əhatə edə bilər.
“Yaxın vaxtlarda konkret addımlar atacağıq. Bu addımlar freqat, korvet və ya sualtı qayıq kimi hərbi dəniz gəmilərinin istehsalı və ya tədarükünü əhatə edə bilər. Bu məsələləri öz aramızda müzakirə etmişik. Türkiyənin bu gəmiləri inşa etmək üçün kifayət qədər imkan və potensialı var. Türkiyə bunları öz gəmiqayırma zavodlarında istehsal edə bilər və bunu həyata keçirməyə tam qadirdir”, – Ərdoğan vurğulayıb.
