Tramp: İranla bağlı 47 il əvvəl atılmalı olan addımları atırıq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
iy
2026
20:50
ff

Tramp: İranla bağlı 47 il əvvəl atılmalı olan addımları atırıq

08 iy, 2026
20:50
185

Tramp: İranla bağlı 47 il əvvəl atılmalı olan addımları atırıq

“İranla bağlı 47 il əvvəl atılmalı olan addımları atırıq”.

Sizinxeber.az-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NATO sammitindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Venesuelaya, İrana baxanda görürsünüz ki, onların ordusu cəmi bir neçə həftə ərzində demək olar ki, məhv edildi. Onların yaxşı ordusu və güclü donanması var idi. 159 gəmidən ibarət donanmaları vardı və onların hamısı dənizin dibindədir. Yüzlərlə təyyarələri artıq yoxdur. Uçuş-eniş zolaqlarında yanaraq məhv olub”, - Tramp qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×