İran ordusu ABŞ hücumları zamanı ölənlərlə bağlı bəyanat yayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
iy
2026
20:50
ff

İran ordusu ABŞ hücumları zamanı ölənlərlə bağlı bəyanat yayıb

08 iy, 2026
20:50
180

İran ordusu ABŞ hücumları zamanı ölənlərlə bağlı bəyanat yayıb

ABŞ-ın İranın cənubunda bir sıra bölgələrə hücumları nəticəsində 8 hərbçi ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda ABŞ ordusunun hücumları zamanı İran Ordusunun Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin Bəndər-Abbas və Buşehr vilayətlərində xidmət edən 8 hərbçisinin öldüyü bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ silahlı qüvvələri İranın cənubundakı Hörmüzqan əyalətinin bir sıra bölgələrini, o cümlədən Sirik, Qeşm və Bəndər-Abbas balıq bazarının yaxınlığında yerləşən balıqçılıq körpüsünü hədəf alıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da hücumlar nəticəsində öz hərbçilərindən birinin öldüyünü açıqlamışdı.

Bizimlə əlaqə saxlayın

×
×