Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
iy
2026
22:50
ff

Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir

06 iy, 2026
22:50
241

Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir

"Mən Fransanın Suriya xalqına plüralizmə və qonşuları ilə sülhə sadiq qalan suveren, vahid Suriya qurmaqda dəstək vermək öhdəliyini bir daha təsdiqləmək üçün gəlmişəm".

APA xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron Suriyaya səfəri zamanı deyib.

Paytaxt Dəməşqin beynəlxalq hava limanında Fransa prezidentini müvəqqəti hökumətin xarici işlər naziri Əsəd əl-Şeybani qarşılayıb.

"Gəlin birlikdə bölgədə sülh və sabitliyin yeni bir fəslini açaq", - deyən Makron Suriyanın Yaxın Şərqdə gərginliyin azaldılmasında mühüm rol oynayacağına ümid etdiyini bildirib.

Makronu müharibədən sonrakı Suriyanın bərpası və yenidən qurulmasına həsr olunmuş dəyirmi masada iştirak edəcək fransız iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edir.

Bizimlə əlaqə saxlayın

×
×