Pakistanda qatarda partlayış törədilib, 24 nəfər ölüb, 50 yaralı var - VİDEO
sizinxeber.az xəbər saytı

Pakistanda qatarda partlayış törədilib, 24 nəfər ölüb, 50 yaralı var - VİDEO


Pakistanın Bəlucistan əyalətində hərbçiləri daşıyan qatar keçərkən dəmir yolu yaxınlığında bomba partlayıb, azı 24 nəfər ölüb, 50 nəfər yaralanıb.

Agence France-Presse agentliyinin xəbərinə görə, hadisə bu gün Kvetta şəhərində baş verib.

Partlayıcı qurğu qatarın son dayanacağına təxminən 1 kilometr qalmış işə düşüb. Güclü partlayışdan sonra qatarın iki vaqonunun aşdığı və alovlandığı, ərazidən qalın qara tüstünün yüksəldiyi bildirilib. Hadisə yerinin yaxınlığında park edilmiş avtomobillərə də ziyan dəyib.

Bəlucistan hökumət rəsmisi Babar Yousafzai bildirib ki, hakimiyyət orqanları partlayışın səbəblərini araşdırır, lakin əlavə məlumat verməyib.

Hadisə yerindən yayılan görüntülərdə yaxınlıqdakı binaların dağıldığı, insanların aşmış vaqonların üzərinə çıxaraq içəridə qalanlara kömək etməyə çalışdığı əks olunub.

Oxşar xəbərlər

Pakistanda qatarda partlayış törədilib, 24 nəfər ölüb, 50 yaralı var
Pakistanda qatarda baş verən partlayışda ölənlərin sayı 24-ə çatıb - YENİLƏNİB
Pakistanda qatar partladıldı: 24 ölü, 50 yaralı - Video
Pakistanda partlayış baş verib, 6 nəfər ölüb, 31 nəfər yaralanıb
Pakistanda dəmir yolu stansiyasında partlayış olub, 24 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər