Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
sizinxeber.az xəbər saytı

Türkiyədə 4.9 bal gücündə zəlzələ olub


Türkiyənin Adana vilayətində 4.9 bal gücündə zəlzələ olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Gecə saat 04:26-da baş verən zəlzələ yerin 8.6 kilometr dərinliyində olub.

Zəlzələdən sonra heç bir hadisə qeydə alınmayıb.

“Adana vilayətinin Saimbeyli rayonunda saat 04:26-da baş verən və Kahramanmaraş, Osmaniye, Kayseri və Niğde vilayətlərində də hiss edilən 4,9 bal gücündə zəlzələdən sonra hazırda heç bir mənfi hal qeydə alınmayıb. Sahədə tədqiqat işləri davam edir”, - AFAD-ın açıqlamasında deyilir.

Oxşar xəbərlər

Türkiyənin Adana vilayətində zəlzələ baş verib
Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ olub
Türkiyədə 4,1 maqnitudada zəlzələ baş verib
Türkiyədə zəlzələlərdən sonra yeddi afterşok qeydə alınıb
İranda baş verən zəlzələ Türkiyədə hiss olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər