İsraildə bıçaqlı hücum olub, 2 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İsraildə bıçaqlı hücum olub, 2 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB


İsraildə 34 yaşlı fələstinlinin bıçaqla hücumu nəticəsində ölənlərin sayı artıb.

APA-nın “The Times of İsrael”-ə istinadən verdiyi xəbərə görə, Salfit şəhər sakini Amar Odex bu gün səhər Holon şəhərində bir-birindən 500 m uzaqlıda olan üç müxtəlif məkanda insanlara bıçaqla hücum edib.

Nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

***

saat 11.01

İsraildə bıçaqlı hücum qeydə alınıb.

APA-nın “The Times of İsrael”-ə istinadən verdiyi xəbərə görə, hadisə Holonda qeydə alınıb.

Hadisə zamanı 4 nəfər bıçaqlanıb, onlardan 70 yaşlı qadın hadisə yerində ölüb. İnsanlara bıçaqla hücum edən şəxs İsrail təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.

Qeyd edilib ki, terror aktını törədən fələstinli, İordan çayının qərbindəki Salfit şəhər sakini 34 yaşlı Amar Odex olub.

Oxşar xəbərlər

ABŞ-da atışma olub, 3 nəfər ölüb, 7 nəfər yaralanıb
Sumqayıtda 30 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 480 yerli müşahidəçi qeydə alınıb
Türkiyədə yük maşını mikroavtobusla toqquşub, 5 nəfər ölüb
İsrail Livana zərbə endirib, ölənlər və yaralananlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər