İran Dohaya zərbələr endiriləcəyi barədə xəbərdarlıq edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
mar
2026
00:50
ff aaaaaaa

İran Dohaya zərbələr endiriləcəyi barədə xəbərdarlıq edib

16 mar, 2026
00:50
982

İran Dohaya zərbələr endiriləcəyi barədə xəbərdarlıq edib

İran Silahlı Qüvvələri Qətərin paytaxtı Doha şəhərinin üç rayonuna zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib və həmin ərazilərin sakinlərini evakuasiya olunmağa çağırıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, xəbərdarlıqda Lusail, Əl-Uaab və Ayn-Xalid rayonlarının sakinlərinə müraciət edilib.

“Yaşadığınız ərazilərdə ABŞ Silahlı Qüvvələrinin əsgər və zabitləri yerləşir. Yaxın bir neçə saat ərzində həmin mövqelərə zərbə endirilə bilər. Bu rayonları mümkün qədər tez tərk edin”, – deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul