Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
in
2025
12:50

Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb

28 in, 2025
12:50
330

Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb

Bu gün Pakistanın şimal-qərbində kamikadze hücumu nəticəsində 13 əsgər həlak olub, 29 nəfər, o cümlədən mülki şəxslər yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli hökumət rəsmiləri və polis məmurları AFP-yə məlumat verib.

"Bir kamikadze partlayıcı yüklü avtomobili hərbi karvana çırpıb. Partlayış nəticəsində 13 əsgər həlak olub, 10 ordu əməkdaşı və 19 mülki şəxs yaralanıb", - adının çəkilməsini istəməyən hökumət rəsmisi qeyd edib.

Bildirilib ki, partlayış həm də iki evin damının uçmasına səbəb olub, altı uşaq yaralanıb.

Bizimlə əlaqə saxlayın