Главная > Amerika > ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib

ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib


21-08-2025, 07:50. Разместил: Rss Bot Apa

ABŞ-ın Müdafiə Nazirliyinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi Vaşinqtonun NATO-dakı müttəfiqlərini məlumatlandırıb ki, Amerika tərəfi Ukraynanın təhlükəsizliyinə dair hər hansı zəmanətlərin təmin edilməsində minimal rol oynayacaq.

APA xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, bu, “Avropanın Ukraynada dayanıqlı sülhün təmin edilməsində yükü öz üzərinə götürməli olacağını göstərən ən açıq siqnallardan biri” olub.

Məqalədə deyilir ki, Kolbi Vaşinqtonun bu mövqeyini NATO-ya daxil olan digər ölkələrin hərbi rəhbərləri ilə məsləhətləşmələr zamanı açıqlayıb.


Вернуться назад