Главная > Amerika > ABŞ narkokartellərlə mübarizə üçün Latın Amerikasına 4 minlik desant qrupu göndərir
ABŞ narkokartellərlə mübarizə üçün Latın Amerikasına 4 minlik desant qrupu göndərir18-08-2025, 20:50. Разместил: Rss Bot Apa |
|
ABŞ Müdafiə Nazirliyi Latın Amerikası yaxınlığındakı bölgələrə 4 mindən çox dəniz piyadası göndərir. Qeyd olunur ki, bu addım, Prezident Donald Trampın narkokartellərə qarşı hərbi qüvvələrdən istifadə etməyə hazır olduğunu bildirməsindən sonra güc nümayişi məqsədilə atılır. Hərbi bölmələrin konkret vəzifələri açıqlanmasa da, "The New York Times" qəzeti daha əvvəl yazmışdı ki, Tramp Pentaqona Latın Amerikası narkokartellərinə qarşı hərbi əməliyyat variantlarını hazırlamağı tapşırıb. Вернуться назад |