ABŞ-nin ticarət kəsiri ikiillik maksimuma çatıb
Sentyabrda ABŞ-ın ticarət kəsiri gözləniləndən daha çox artıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Kommersiya Departamentinin son hesabatında bildirilib. Hesabatda qeyd olunur ki, sentyabrda satış və xidmət ixracında 84,4 milyard dollarlıq kəsir yaranıb. Bu da avqust ayı ilə müqayisədə 19, faiz çoxdur. Halbuki, ekspertlər maksimum 74 milyard dollar defisit gözləyirdilər.
Ticarət kəsiri illik əsasda 11,8 faiz artıb ki, bu da ixracın idxalı üstələməsi ilə izah edilir. Hesabat dövründə ixrac 3,2 milyard dollar azalıb.
Departament bildirir ki, ABŞ əsasən avtomobil, kompüter və yarımkeçiricilər idxal edib. Ölkənin ticarət dövriyyəsində əsas yeri Çin, Avropa İttifaqı və Meksika tutur.
Oxşar xəbərlər
ABŞ-ın büdcə kəsiri rekord həddə çatıb
BMT: Bu il Azərbaycanın xarici ticarət dövriyyəsinin profisiti 16 mlrd. dolları ötəcək
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2 dəfədən çox azalıb
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 62%-dən çox azalıb
Çinin 2024-cü ildə büdcə kəsiri 574 milyard dollar olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













