27
okt
2024
19:50

yuxarı
Sabah BMT Təhlükəsizlik Şurasının İsrailin İrana zərbəsi ilə bağlı iclası keçiriləcək

Sabah BMT Təhlükəsizlik Şurasının İsrailin İrana zərbəsi ilə bağlı iclası keçiriləcək
BMT Təhlükəsizlik Şurasının İsrailin İrana hücumu ilə bağlı iclası oktyabrın 28-də keçiriləcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə TASS-ın müxbirinə dünya təşkilatındakı mənbə məlumat verib.
“Oktyabrın 28-də saat 15:00-da İran İslam Respublikasının müraciəti əsasında Əlcəzair, Çin və Rusiya Federasiyasının dəstəyi ilə Yaxın Şərq üzrə Təhlükəsizlik Şurasının iclası keçiriləcək" - agentliyin həmsöhbəti vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İranın BMT-dəki Daimi Nümayəndəliyi BMT Təhlükəsizlik Şurasının sədri kimi İsveçrədən İsrailin zərbəsi ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağı xahiş etmişdi.