Almaniya kansleri BMT TŞ-nin tərkibinin artıq dövrün ruhuna uyğun gəlmədiyini bildirib
Almaniya kansleri Olaf Şolts BMT Təhlükəsizlik Şurasının sürətli islahatının tərəfdarı olduğu, onun tərkibinin artıq dövrün ruhuna uyğun gəlmədiyi barədə fikir bildirib.
Sizinxeber.az xəbər verir ki, Şolts bu barada "Gələcək" adlı tədbirdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“TŞ, uzun müddət əvvəllərin standartlarına uyğun olaraq çağırılıb. Bu şurada daimi əsasda və ya dəfələrlə təmsil olunmalı olan bir çox qitə və ölkələr təmsil olunmurlar.”, - deyə o bildirib.
Şolts həmçinin Baş Assambleyanın 79-cu sessiyasının ümumi siyasi müzakirəsi ərəfəsində qəbul edilmiş Gələcək Paktı ilə bağlı Rusiyanın mövqeyini başa düşmədiyini bildirib.
Qeyd edək ki, Gələcək Sammiti 22-23 sentyab tarixlərində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilir.
Sammitin əsas məqsədi qlobal çağırışları müzakirə etmək, dünya liderləri, ekspertlər və vətəndaş cəmiyyəti tərəfindən kollektiv həll yollarını hazırlamaqdır.
Sammitdə üç əsas sənəd; Gələcək Paktı, Qlobal Rəqəmsal Saziş və Gələcək Nəsillər haqqında Bəyannamə qəbul edilib.
Oxşar xəbərlər
Almaniya kansleri İran prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Şolts Assanjın ABŞ-a ekstradisiyasına qarşıdır
KİV: "Şolts planı" Ukrayna məsələsində "status-kvo"nun saxlanılmasını nəzərdə tutur
Olaf Şolts Almaniyanın mühacirlərə ehtiyacı olduğunu vurğulayıb
Almaniya kansleri Frankfurtda Zelenski ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













