21
sen
2024
00:50
yuxarı
KİV: ABŞ Ukrayna üçün böyük hərbi yardım paketi elan edəcək, lakin tədarük gecikəcək
KİV: ABŞ Ukrayna üçün böyük hərbi yardım paketi elan edəcək, lakin tədarük gecikəcək
Birləşmiş Ştatlar tezliklə Ukraynaya böyük həcmdə silah tədarük etmək planlarını açıqlayacaq, lakin təchizatın çatışmazlığı səbəbindən çatdırılma prosesi gecikəcək.
APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bu həftə Pentaqon xatırladıb ki, prezidentin səlahiyyəti Ukrayna üçün daha 5,9 milyard dollar ayırmağa icazə verir.
Müvafiq səlahiyyətlər maliyyə ilinin sonuna, oktyabrın 1-də başa çatır.
Hazırda bu səlahiyyətlər ABŞ hakimiyyətinə imkan verir ki, Ukraynanı birbaşa ABŞ anbarlarından silahla təmin etsin.
Bizimlə əlaqə saxlayın
×
×
