Dövlət Departamenti Çinin baş konsulunun Nyu-Yorkdan qovulmasını təkzib edib - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
sen
2024
00:50
ff

Dövlət Departamenti Çinin baş konsulunun Nyu-Yorkdan qovulmasını təkzib edib - YENİLƏNİB

05 sen, 2024
00:50
854

Dövlət Departamenti Çinin baş konsulunun Nyu-Yorkdan qovulmasını təkzib edib - YENİLƏNİB

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Çinin Nyu-Yorkdakı baş konsulu Huanq Pinqin ölkədən qovulması ilə bağlı iddiaları təkzib edib.

Sizinxeber.az xəbər verir ki, o, bunu çinli diplomatın işgüzar səfərinin başa çatması ilə əlaqədar ölkəni tərk etməsi ilə izah edib.

***

23:51

Çinin Nyu-Yorkdakı baş konsulu Huanq Pinq ölkədən çıxarılıb və bu ABŞ Ədliyyə Nazirliyinin Nyu-York ştatının keçmiş rəsmisi Linda Sunu Çin Xalq Respublikasının qeydiyyatsız xarici agenti kimi işləməkdə ittiham etməsindən sonra olub.

Sizinxeber.az xəbər verir ki, hadisə ilə bağlı CNN kanalı məlumat yayıb.

Nyu York əyalətinin qubernatoru Keti Hokul məsələ ilə bağlı açıqlamasında "Mən baş konsulun qovulmasını arzuladığımı bildirdim və mənə xəbər verildi ki, baş konsul artıq Nyu Yorkdakı missiyasında deyil" deyib.

Qeyd edək ki, ABŞ hakimiyyəti Nyu-York ştatının keçmiş nümayəndəsi Linda Sun və onun əri Kristofer Hunu, Çin hökumətində qeydiyyatdan keçməmiş xarici agent kimi işləmək ittihamı ilə həbs etmişdi.

Bizimlə əlaqə saxlayın

×
×