Ukraynada bir sıra çağırışçılara səfərbərlikdən möhlət hüququ verilə bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
sen
2024
16:50
ff

Ukraynada bir sıra çağırışçılara səfərbərlikdən möhlət hüququ verilə bilər

03 sen, 2024
16:50
817

Ukraynada bir sıra çağırışçılara səfərbərlikdən möhlət hüququ verilə bilər

Ukraynada hərbi xidmətə məhdud yararlı sayılan yaşı 25-dək olan şəxslər səfərbərliyə cəlb olunmaya bilər.

APA-nın “ukranews”a istinadən xəbərinə görə, Ali Rada Səfərbərlik və Səfərbərlik Hazırlığı haqqında qanuna bununla bağlı dəyişikliyi birinci oxunuşda qəbul edib.

Lehinə 295 deputatın səs verdiyi qanun qüvvəyə mindikdən sonra bu qəbildən olan çağırışçılara səfərbərlikdən möhlət hüququ veriləcək.

Bizimlə əlaqə saxlayın

×
×